Tbilisidə türk restoranlarına hücum edildibackend

Tbilisidə türk restoranlarına hücum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar Aqmaşenebeli prospektində kafe və mağazaları dağıdıblar.

Hadisə bir neçə saat öncə millətçilərin yürüşü zamanı baş verib.
Fəallar \”Qəhrəmanlar\” Meydanından “Marcanişvili” metro stansiyası istiqamətində hərəkət edirmişlər. Aqmaşenebeli prospektinə çatdıqdan sonra onlar küçədən keçənləri təhqir etməyə, ticarət obyektlərinə və kafelərə partlayıcı maddələr atmağa, həmçinin mağaza və restoranlara zərər yetirməyə başlayıblar.

Əldə edilmiş məlumata görə, türk restoranları millətçilərin hücumlarının obyektinə çevrilib. Onlar bu iaşə obyektlərinə daxil olaraq, “Millətə eşq olsun, düşmənə ölüm” qışqırıblar.(virtualaz.org)

İnterpress.az