Niderland Parlamenti: “Türkiyəyə AB dəstəyi dondurulsun!”backend

Niderland Parlamenti: “Türkiyəyə AB dəstəyi dondurulsun!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBS-yə istinadən xəbər verir ki, çərşənbə axşamı keçirilən iclasda Türkiyə ilə bağlı məsələləri müzakirə edən Niderland Parlamenti, Türkiyənin Hollandiyadakı məscidlərə maliyyə dəstəyinin sona çatdırılması ilə bağlı təklif irəli sürüb.
Əvvəl ana müxalifətdəki Sosialist Partiya (SP) ilə Xristian Birliyi (CU), AB-nin namizəd üzv kimi hər il Türkiyəyə verdiyi illik 600 milyon avroluq yardımın dayandırılması üçün də bir təklif verib. Müxalifət partiyalarının dəstəyini alan təklifdə, Türkiyədə müvəffəqiyyətsiz çevriliş cəhdi sonrası demokratik hüquqi dövlət prinsiplərinin rəfə qaldırıldığı qeyd olunub.

Bu səbəblə Niderland parlamenti Türkiyəyə verilən yardımların dayandırılması üçün Brüssel nəzdində tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Niderland Parlamenti daha sonra da, Türk hökumətinin Diyanət İşləri Vəqfi vasitəsilə Hollandiyadakı məscidlərə maliyyə dəstəyinin dayandırılması haqqında təklifi qəbul edib.

Xristian Demokrat Partiyası (CDA) tərəfindən verilən təklif 67-yə qarşı 75 millət vəkilinin səsləriylə qəbul edilib. Baş nazir Mark Rutte, \”din azadlığı\” səbəbiylə Türkiyənin maliyyə dəstəyini qadağan etmənin asan olmayacağını söylədi.

Niderland Parlamentində əksəriyyət, hökumətdən Ankaranı \”Hollandiyadakı uzun qolları\” səbəbiylə tənqid edib. Deputatlarının çoxu, ikili vətəndaşlıq mövzusunda məhdudiyyətlər gətirməsini də istəyib.

Xristian Birliyi tərəfindən, müxalifət partiyalarının dəstəyi ilə verilən, \”Türkiyənin AB-ə üzvlük danışıqlarının dərhal sona çatdırılması\” təklifi isə iqtidar ortağı Liberal Sağ Partiya (VVD) və İşçi Partiyasının səsləriylə rədd edilib.

İqtidar partiyaları Türkiyə ilə üzvlük müzakirələrinin dayandırılması mövzusunun Hollandiyanın tək başına edəcəyi bir qərar olmadığını müdafiə edib. Hökumətə görə, ikitərəfli razılaşmalar əsasında Türkiyə ilə üzvlük görüşmələrinin tək tərəfli ləğvi mümkün deyil. Ankara, istənilən meyarları yerinə gətirdiyi müddətcə danışıqlar davam edəcək.

İnterpress.az