“Dünya Ürək Günü” qeyd ediləcəkbackend

“Dünya Ürək Günü” qeyd ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlə əlaqədar olaraq Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 29 sentyabrda “Park Bulvar”, 30 sentyabrda “Metropark” AVM-də “Sağlam Ürək Həftəsi” çərçivəsində aksiyalar keçiriləcək.

Aksiyalar zamanı “Dünya Ürək Günü”nün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vasib olan amillər barədə ictimaiyyətə məlumat veriləcək, alış-veriş mərkəzlərində insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçüləcək, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz həkim məsləhətləri veriləcək.

Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edəcək.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Kamran Musayev bildirdi ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak edə biləcək: “Konfransda qardaş Türkiyədən dəvət etdiyimiz professor heyəti də iştirak edəcək. Kardiologiyanın və kardiocərrahiyyənin ən aktual məsələlərini yerli və qonaq kolleqalarımızla müzakirə edəcəyik.

Bu sahədə ən yeni trendlərin müzakirəsinin konfransda iştirak edəcək həm paytaxt Bakıda, həm də regionlarda fəaliyyət göstərən həkim kolleqalarımıza faydalı olacağını düşünürəm”.

Ürək sağlamlığının qorunmasında ilk növbədə insanların özlərinin məsuliyyət daşıdığını bildirən Kamran Musayev onları aktiv həyat sürməyə səslədi: “Sağlam ürək sağlam həyat deməkdir. Sağlam həyat yaşamaq istəyiriksə, ilk növbədə, ürəyimizin sağlamlığının qeydinə qalmalıyıq. Bunun üçün isə aktiv həyat tərzində yaşamaq, sağlam qidalanmaq və idmanla məşğul olmaq vacibdir”. (virtualaz.org)

İnterpress.az