Alman mətbuatında şok iddia: ABŞ, Əl Nusraya raket veribbackend

Alman mətbuatında şok iddia: ABŞ, Əl Nusraya raket verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Hürriyet\”ə istinadən xəbər verir ki, bunu Əl Qaidədən ayrılaraq adını “Fəth əl Şam Cəbhəsi” olaraq dəyişdirən Əl Nusranın komandiri bildirib.
Əbu əl İz adlı komandirin, alman müxbiri Jürgen Todenhöferə Hələbdə baş verənlər haqqında açıqlaması “Kölner Stadt-Anzeiger “ qəzetində dərc olunub.
Əbu əl Ez silahların ABŞ, Rusiya və BMT tərəfindən \”terror təşkilatı\” olaraq qəbul edilən El Nusraya verilməsinə hər hansı bir təşkilatın vasitəçilik edib etmədiyi sualına, \”Mərmilər birbaşa bizə verildi. Amerikalılar bizim yanımızdadır” cavabını verdi.
“Əsəd rejimi devrilənə qədər döyüşəcəyik, qarşıda məqsədimiz şəriətlə idarə olunan bir İslam dövləti qurmaqdır. Bununla yanaşı dunyanın heç bir dövlətini tanımaq fikrində deyilik” – deyə Əbu əl Ez əlavə edib.
Xatırladaq ki, ABŞ hökuməti, Əl Qaidədən ayrıldığı və adını dəyişdirdiyini açıqlayan Əl Nusranın \”terror təşkilatı\” olduğunu bildirmişdi.

Alman mətbuatında şok iddia: ABŞ, Əl Nusraya raket verib

Reportaj yeri

İnterpress.az