Qadın aptekdə narkotik həb satırmışbackend

Qadın aptekdə narkotik həb satırmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd “Pregabalin” kapsulasını satarkən saxlanılıb.

Aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd “Tramadol”, 3 ədəd “Pregabalin” kapsulaları, 20 ədəd “Zapicione” həbi, 5 ədəd “Tramadol”, 7 ədəd “Tramaklosidol” ineksiyaları, psixotrop maddə olan 780 ədəd “Fenadiazepin”, 2075 ədəd “Haloperidol”, 150 ədəd “Depakine chrono”, 60 ədəd “Respilon” həbləri, 30 ədəd “Haloperidol”, 24 ədəd “Haloperidol-decanoate”, 70 ədəd “Amitriptylline hydrochlorido” və 19 ədəd “Moditen depo” ineksiyaları aşkar edilərək götürülüb.

İnterpress.az