Obama və Roma Papası Şimon Peresin dəfninə gedirbackend

Obama və Roma Papası Şimon Peresin dəfninə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Haaretz\” qəzeti xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi Misir, İordaniya və başqa ərəb dövlətlərinin təmsilçilərinin də mərasimə qatılacağını gözləyir.

Məlumata görə, dəfndə ABŞ dövlət katibi Con Kerri, bu ölkənin keçmiş prezidenti Bill Klinton və xanımı Hillari Klinton, Fransanın baş naziri Fransua Olland, Kanadanın baş naziri Castin Tryudo, Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlzın da iştirakı gözlənilir.

Qeyd edək ki, İsrailin sabiq rəhbərinin ölüm xəbərini sentyabrın 28-də gecə saatlarında oğlu Nehemiya Peres Təl-Əviv yaxınlığındakı \”Telxa-Şomer\” klinikasında keçirdiyi mətbuat konfransında açıqlayıb.

Ş.Peres sentyabrın 30-da dəfn olunacaq. 93 yaşında dünyasını dəyişən sabiq prezidentlə dövlət səviyyəsində vida mərasimi sentyabrın 29-da keçiriləcək. (report)

İnterpress.az