Emmanuil Mkrtçyan: “Qarabağda müharibənin yenidən başlaması realdır”backend

Emmanuil Mkrtçyan: “Qarabağda müharibənin yenidən başlaması realdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionda yeni təhlükəli vəziyyəti virtualaz.org saytının müxbirinə “Armİnfo” informasiya agentliyinin baş direktoru Emmanuil Mkrtçyan şərh edib.

Onun fikrincə, silahlanma hələ heç kimə xeyir gətirməyib. “İskəndər”lərə gəlincə, bu aprel döyüşlərində Azərbaycanın Rusiya və İsrail istehsalı son silah növlərindən istifadəsinə cavabdır. Son illər ərzində Bakı silahlanmaya 5 milyard dollar xərcləyib. Sizcə, Ermənistan özünü müdafiə etməməlidir?” – E.Mkrtçyan bildirib.

“Sülhün əldə edilməsi Qarabağ xalqı üçün əsaslı və möhkəm zəmanətin mövcud olacağı təqdirdə mümkündür. Təhlükəsizliyi isə yalnız bunu təqdim edə biləcək böyük dövlətlər təmin edə bilər”, – “Armİnfo”nun baş direktoru münaqişənin həlli yollarından danışarkən bildirib.

Virtualaz.org-un əməkdaşının “Müharibənin yenidən başlamasını real hesab edirsinizmi?” sualına erməni jurnalist “Təəssüf ki, bəli. Qarabağda müharibənin yenidən alovlanması mümkündür” cavabını verib.

İnterpress.az