Papa Putini Allaha “tapşırdı”backend

Papa Putini Allaha “tapşırdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Papa sentyabrın 28-də müqəddəs Petr meydanında çıxış edərkən Hələbi hamının-uşaqlar, qocalar, xəstələr və cavanların öldüyü şəhid şəhər adlandırıb.

“Bir daha hamıya müraciət edərək dinc sakinləri müdafiə etmək üçün güc tapmağa çağırıram. Bu öhtəlik mütləq və təxirəsalınmazdır. Buna görə cavabdehlik daşıyanların vicdanına səslənirəm, bir gün Allah qarşısında cavab verməli olacaqsız”, deyə papa vurğulayıb.

Qeyd edək ki, Suriyanın hökumət qoşunları və ona müttəfiq olan Rusiya Hələbi bombalayıb.

ABŞ bəyan edib ki, bu prezident Bəşər Əsəd rejimi və onun rusiyalı müttəfiqlərinin beynəlxalq sülh prosesindən imtina etdiklərini göstərir.
5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb. (teleqraf.com)

İnterpress.az