İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNİSEF) məlumat yayıb.
Məlumata görə, son günlər davam edən ağır döyüşlər zamanı 220-dən çox uşaq yaralanıb.
UNİCEF-in direktor müavini Castin Forsayt bildirib ki, Hələbin azyaşlı sakinləri dəhşətli vəziyyətdə yaşayırlar. \”Onların əzablarını sözlə ifadə etmək mümkün deyil\”, – deyə UNİSEF rəsmisi bildirib.
Fondun bəyanatında bildirilir ki, cümə günündən indiyə kimi Hələbin şərqində gedən hərbi əməliyyatlar zamanı 96 uşaq öldürülüb, 223 azyaşlı yaralanıb.
İnterpress.az