Çantasından ərinin bağırsaqları çıxdıbackend

Çantasından ərinin bağırsaqları çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hürriyet\”ə istinadən xəbər verir ki, Avstriyanın Qraz hava limanında Tunisli qadının çantasında daşıdığı bağırsaqların onun həyat yoldaşına aiddir. Avstriya mətbuatı bağırsaqların xüsusi diqqətlə paketləndiyini bildirib.
Adı açıqlanmayan qadın ərinin zəhərlənmə nəticəsində öldüyündən şübhələnirmiş. Buna görə toksikoloji test etmək üçün ərinin iç orqanını özü ilə daşıyırmış.
Qadının ərinin Tunisdə əməliyyat masasında öldüyü bildirilib.
Qadının iddiasına görə bağırsaqları yoxlamaq üçün Graz hava limanına həkim çağırılıb, lakin həkim bildirib ki, bədənin digər üzvləri olmadan lazımlı testləri etmək mümkün deyil.
Polis isə qadının heç bir qanun pozuntusu etmədiyini açıqlayıb.

İnterpress.az