Obama: “Birbaşa təhdit altında qalmadıqca Suriyaya əsgər göndərməyəcəyik”backend

Obama: “Birbaşa təhdit altında qalmadıqca Suriyaya əsgər göndərməyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hürriyet\”ə istinadən xəbər verir ki, ABŞ ordusundan nümayəndələrlə birlikdə CNN kanalında yayımlanan bir verilişə qatılan Obama, ABŞ-n xarici siyasəti və milli təhlükəsizlik sahəsində prioritetləri barədə sualları cavablandırıb.

Suriyadakı krizisi təhlil edən prezident bildirib ki, ABŞ əsgərlərinin təhlükəsizliyi ilk sıradadır.
Obama qeyd edib: “Dünyanın hər yerində pis hadisələr baş verir. Bunları qiymətləndirərkən çoxlu sayda ABŞ əsgərini o bölgələrə göndərməyimizin bizim üçün yaxşı nəticələr verib verməyəcəyi məsələsində diqqətlo olmaq lazımdır”.

Suriya məsələsi ilə bağlı tez-tez tənqid edilən Obama bildirib: “Bütün tərəflərin hərbi birləşmələrlə təmsil edildiyi Suriyada, bizim daha çox əsgər göndərməyimiz vətəndaş müharibəsini dayandırmayacaq.Tərəflərin bir masa arxasında toplanmasından daha yaxşı həll yolu yoxdur”

Obama həmçinin əlavə edib ki, hərbi əməliyyatlarla bir həll mümkün deyil. Suriya məsələsində maraqlı olan tərəflərin eyni bir diplomatik və siyasi görüşlərdə toplanması vacib şərtdir.
ABŞ prezidenti Suriyada böyük maddi xərcləmələr sərf etdiklərini də vurğulayıb.
Obama İŞİD-in müsəlmanlar adından danışmasını tənqid edib və bildirib ki, İŞİD müsəlmanları təmsil etmir.
ABŞ prezidenti deyib ki, mövcud vəziyyətin İslam və Qərb dünyası arasındakı savaş kimi anlaşılmasını istəmir.

İnterpress.az