İbtidai məktəbdə atəş açan yeniyetmə bundan əvvəl atasını güllələyib.
Bu barədə Taunvil şəhərinin polis nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 47-yaşlı kişinin meyiti məktəbdən 3 km aralıda tapılıb.
Qeyd edək ki, adı açıqlanmayan yeniyetmənin ibtidai məktəbdə atəş açması nəticəsində iki uşaq və müəllimə yaralanıb.
Yaralılardan birinin, 7 yaşlı şagirdin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir. (apa)
İnterpress.az