Suriyada çörək zavoduna raket düşdü – 84 nəfər öldübackend

Suriyada çörək zavoduna raket düşdü – 84 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumət qüvvələrilə müxaliflər və İŞİD silahlıları arasında döyüşlər davam edir. Ötən gecə Suriya və Rusiyaya məxsus hərbi təyyarələr yenidən Hələbi bombalayıblar. Aviazərbələr nəticəsində azı 84 nəfər həlak olub. Raket zərbələrindən biri xəstəxanaya digəri isə çörək sexinə tuş gəlib. Nəticədə 12 dinc sakin elə hadisə yerindəcə həlak olub. Artıq məsələylə bağlı Rusiya tərəfi bəyanat yayıb və bildirib ki, Hələb üzərində həyata keçirilmiş aviazərbələrdə iştirak edən Rusiya təyyarələri konkret məlumatlar əsasında dəqiq hədəfləri məhv ediblər. Rusiya Baş Qərargahından bildirilib ki, dinc insan tələfatına səbəb olan raketlər onlar tərəfindən atılmayıb.

Azad Suriya Ordusu silahlıları isə ötən gün Hama şəhərinin mərkəzinə doğru irəliləyiblər. Onlar bir çox vacib strateji əhəmiyyətə malik qəsəbəni ələ keçirdiblər. Şəhərin taleyi bugün həll olunacaq. (7news.az)

İnterpress.az