Fransanın atəşkəs təklifibackend

Fransanın atəşkəs təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Xarici İşlər Naziri Jan Mark Ayrault, Suriyanın Hələb şəhərində atəşkəs olması üçün BMT-nin Təhlükəsizlik Şurasına təkilif verəcəklərini bildirib.
Ayrault parlamentdə millət vəkillərinin qarşısında çıxış edərək deyib ki, Suriyada Əsəd rejimi İran və Rusiyadan dəstək alaraq xalqla mübarizə aparır.
“Hələbdə atəşkəsin olması üçün bir qərarın müzakirə edilməsi lazımdır. Bu qərar vasitəsilə tərəflər öz məsuliyyətlərini dərk edəcək.”
Həmçinin nazir əlavə edib ki, Suriyada 5 ildir davam edən müharibədə, xüsusilə son günlərdə Hələbdə rejim gücləri və Rusiyanın bombardmanları nəticəsində hər gün çox sayda insan həyatını itirir.

İnterpress.az