\”Report\” \”Haber7\”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.
O, 27 icra nümayəndəsi ilə görüşdəki çıxışının sonunda iyulun 15-nin rəsmi qeyri-iş günü olacağını söyləyib: \”İyulun 15-i hər il şəhid və qazilər günü olaraq tətil ediləcək\”.
Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Rəcəb Tayyib Ərdoğanın müraciətindən sonra ölkə vətəndaşları demokratiyanı müdafiə məqsədilə Türkiyənin küçə və meydanlarına çıxıblar.
İnterpress.az