MTRŞ-dən 104 FM-in yayımının dayandırılması haqda açıqlamabackend

MTRŞ-dən 104 FM-in yayımının dayandırılması haqda açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumun şöbə müdiri İsa Məmmədov AzNews.az-a açıqlamasında xəbərləri təkzib edib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən yayım tezliklərinin dayandırılması ancaq MTRŞ-yə məxsusdur: “Biz də həmin radionun dayandırılması ilə bağlı qərar çıxarmamışıq”.

İ. Məmmədov “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcunun olmasına da aydınlıq gətirib: “Tək “Space” deyil, hamının borcu var. Borca görə yayım dayandırıla bilməz”.

Qeyd edək ki, ölkə.az saytı “Space 104 FM” radiosunun yayımının dayandırıldığı ilə bağlı məlumat yayıb. Buna səbəb olaraq radionun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu olduğu göstərilir.

İnterpress.az