İnterpress.az “Hurriyet\”ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Zaxarova qeyd edib ki, Türkiyə ilə Suriya məsələsində əməkdaşlıq edilməsi üçün addımlar atılır.
Zaxarova bildirib: “Suriya mövzusundakı şübhələrimizi və anlaşmazlıqlarımızı müzakirə edirik. Ankaranın addımlarını müşahidə edirik”.
Zaxarova Türkiyə ilə dialoq və əməkdaşlığın yenidən gücləndiyini vurğulayaraq, bu əməkdaşlığın fikir alış-verişinə əsaslandığını qeyd edib.
Daha sonra o əlavə edib ki, lazımlı hallarda ortaq addımların atılması da mümkündür.
İnterpress.az