Türkiyəyə giriş-çıxış dayandırıldı – VİDEObackend

Türkiyəyə giriş-çıxış dayandırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu axşam Türkiyə Təhlükəsizlik Ümumi Müdürlüyünün istifadə etdiyi POL-NET kompüter sistemindəki texniki qəza səbəbiylə bütün gömrük giriş-çıxış əməliyyatları dayanıb. Kapıkulleden Türkiyəyə daxil olmaq üçün gözləyən çox sayda texnika və vasitələr uzun tıxaclar meydana gətirib.

Təhlükəsizlik Ümumi Müdürlüyünün istifadə etdiyi POL-NET informasiya sistemində, saat 19.00 radələrində qəza meydana gəlib.
Qəza səbəbiylə bütün gömrük qapılarında pasport nəzarət əməliyyatları dayanıb. Kapıkule gömrük sahəsində daxil olmaq istəyən çox sayda texnika sürücüsü, verilənlər bazasında meydana gələn qəzanın aradan qaldırılmasını gözləyib. Qəza səbəbiylə Hamzabeyli, İpsala və Pazarkule Gömrük Kapılarında da eyni vəziyyət hökm sürüb.
Atatürk Havalimanında da giriş-çıxış dayanıb.

Təhlükəsizlik Ümumi Müdürlüyü tərəfindən istifadə edilən POLNET məlumat sistemində meydana gələn qəza səbəbiylə Türkiyə daxilində sərhəd qapılarında olduğu kimi Atatürk Havalımanında da giriş və çıxış əməliyyatlarında axsamalar meydana gəlib.

Atatürk Havalımanında sərnişinlər pasport nəzarət nöqtələrində gözləmək məcburiyyətində qaldı. Türkiyə vaxtı ilə saat 18.20-21.00 arasında davam edən qəza səbəbiylə sərnişinlərin çıxış əməliyyatları əl ilə edildi. Qəzanın aradan qaldırılmasından sonra saat 21.00 etibarilə pasport əməliyyatları normala döndü. (bakıpost.az)

İnterpress.az