ChatGPT-dən MƏSLƏHƏT ALDI: Milyonlarla dollarını İTİRDİ – FOTObackend

ChatGPT-dən MƏSLƏHƏT ALDI: Milyonlarla dollarını İTİRDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ChatGPT-nin tövsiyə etdiyi link kriptovalyuta sahibini 180 milyon rubldan (3 milyon 700 min man) məhrum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Aleks adlı rusdilli kripto-investor tokenlərini harada daha sərfəli dəyişə biləcəyini öyrənmək üçün ChatGPT-dən məsləhət istəyib.

Süni intellektin təklif etdiyi linkə daxil olan şəxs həmin saytda kriptovalyuta cüzdanını qoşub.

Lakin saytın fırıldaqçılar tərəfindən hazırlandığı və fişinq məqsədi daşıdığı məlum olub. Bundan sonra şəxsin kriptovalyuta aktivləri oğurlanıb.

Zərərin ümumi məbləğinin 2,1 milyon dollar (təxminən 3,57 milyon manat) olduğu bildirilir.

Hadisə kriptovalyuta cüzdanlarının naməlum və şübhəli saytlara qoşulmasının ciddi maliyyə riskləri yaratdığını göstərir.

Xuraman Etibarlı

İnterpress.az