9 avtomobili toqquşduran sürücü qəribə davranışlar SƏRGİLƏDİ – VİDEObackend

9 avtomobili toqquşduran sürücü qəribə davranışlar SƏRGİLƏDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tulada sürücü 9 avtomobili toqquşdurub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Tulada sürücü 9 avtomobilin iştirakı ilə kütləvi yol qəzasına səbəb olub. Hadisədən sonra üzü qan içində avtomobildən çıxan kişi ətrafdakılara Tanrının mövcudluğunu sübut edəcəyini deyib, üzr istəyib və onu “Respekt” mərkəzinə aparmalarını tələb edib.

Şahidlərin sözlərinə görə, kişi qaz pedalını avtomobilin havaya qalxacağına inandığı üçün basdığını, özü ölməyə və digər insanları öldürməyə hazır olduğunu bildirib.

O, həmçinin döyüş əməliyyatlarının iştirakçısı və polis olduğunu iddia edib, lakin ətrafdakılar onun sözlərinə inanmayıb.

Daha sonra kişi hadisə yerindən uzaqlaşıb və yolda ad gününə tələsdiyini deyərək insanları da dəvət edib.

Bir müddət sonra saxlanılan sürücünün yol polisi avtomobilində itlə qucaqlaşdığı və onu restorana aparmalarını istədiyi bildirilib.

Onun sərxoş və ya hər hansı maddənin təsiri altında olub-olmadığı araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az