Buryatiyada kommunistlər “SVO nə vaxt bitəcək?” şüarları ilə efirə çıxıblar.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Buryatiyada kommunistlərin seçkiqabağı videoçarxları yerli televiziyada yayımlanmağa başlayıb.
Videolarda “SVO nə vaxt bitəcək?” və “Dünyaya sülh” şüarlarından istifadə olunub.
Məlumata görə, bu cür ifadələr hazırkı Rusiya televiziya efiri üçün qeyri-adi hesab olunur.
Xuraman Etibarlı
İnterpress.az






