Rusiyada bir il ərzində 500-dən çox insanı sincab dişləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyada son bir il ərzində sincabların dişləməsi ilə bağlı 500-dən çox tibbi müraciət qeydə alınıb.
Moskvada 100-dən çox, Sankt-Peterburqda təxminən 100, Novosibirsk vilayətində 97, Krasnoyarskda 34, Stavropol diyarında isə 200-dən çox belə hal baş verib.
Omskda dişlənənlər arasında uşaqların da olduğu bildirilir.
Məlumata görə, Rusiyada hazırda təxminən 5,2 milyon sincab var və bəzi bölgələrdə onların sayı artır.
Sincabların insanlara ən çox yemlənmə zamanı hücum etdiyi qeyd olunur. İnsanların onları əllərindən yemləməyə və çiyinlərinə çıxmasına öyrəşdirməsi dişləmə riskini artırır.
Sincablar parazit, birə və gənə daşıya, həmçinin quduzluq xəstəliyini ötürə bilər. Xüsusilə insanlardan qaçmayan və onlara hücum edən heyvanlarla təmas zamanı ehtiyatlı olmaq tövsiyə edilir.
Dişləmə baş verdikdə yaranın yuyulması və dərhal həkimə müraciət edilməsi bildirilib.
Xuraman Etibarlı
İnterpress.az






