Qəzzada HƏMAS komandiri Mahmud əl-Kadi ÖLDÜRÜLDÜbackend

Qəzzada HƏMAS komandiri Mahmud əl-Kadi ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzada HƏMAS-ın Nuhba xüsusi bölməsinin komandiri zərərsizləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının cənubundakı Xan-Yunisdə HƏMAS-ın Nuhba xüsusi bölməsinin komandiri Mahmud Marşad əl-Kadini zərbə nəticəsində zərərsizləşdirib.

Məlumata görə, əl-Kadi 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücum zamanı sərhəd postuna edilən hücuma rəhbərlik edib.

O, həmçinin girovların Rəfah bölgəsində saxlanılmasında iştirak edib.

Bildirilib ki, əl-Kadi HƏMAS silahlılarının hazırlanmasına rəhbərlik edib və təşkilatın döyüş qabiliyyətinin bərpası ilə məşğul olub.

Xuraman Etibarlı

İnterpress.az