Türkiyədə 40 santimetr dərinlikdə dənizə tullanan kişi boynunu sındıraraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Alanya şəhərində 39 yaşlı üç uşaq atası Arif Erman dənizə tullanarkən həyatını itirib.
Məlumata görə, kişi otelin yaxınlığındakı estakadadan üzərində xəbərdarlıq nişanları olmasına baxmayaraq suya atılıb.
Suyun dərinliyinin cəmi 40 santimetr olduğu bildirilir. Tullanma nəticəsində Ermanın boynu sınıb və aldığı ağır xəsarət ölümə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






