Batumidə iki kater TOQQUŞDU: Xəsarət alanlar var – VİDEObackend

Batumidə iki kater TOQQUŞDU: Xəsarət alanlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Batumidə katerlərin toqquşması nəticəsində 5 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Batumidə iki katerin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Məlumata görə, katerlərdən birinin idarəedicisi digər katerin bortuna güclü zərbə endirib.

Hadisə xilasedicilərin növbə çəkdiyi ərazidə baş verdiyindən suya düşən şəxslər qısa müddətdə sudan çıxarılıb.

Katerlərin batmaması da daha ağır nəticələrin qarşısını alıb.

Xuraman Etibarlı

İnterpress.az