Finlandiyada “Rusich” qrupunun təsisçilərindən Tordenin ömürlük həbs cəzası 12,5 ilə endirilib
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Finlandiyada “Rusich” DŞRQ-nun təsisçilərindən biri olan Torden ləqəbli Yan Petrovskiyə verilmiş ömürlük həbs cəzası 12,5 il müddətinə dəyişdirilib.
O, 2014-2015-ci illərdə Ukraynada hərbi cinayətlər törətməkdə təqsirli bilinmişdi.
Petrovski 2023-cü ilin iyulunda Ukraynanın sorğusu əsasında Finlandiyada saxlanılıb.
Məhkəmə araşdırması onun 2014-cü ildə “Rusich” və “Betmen” qruplarının döyüşçüləri ilə birlikdə hərbi kolona qarşı hücumda iştirak etməsi ilə bağlı olub.
Xuraman Etibarlı
İnterpress.az






