“6 aydan bir vaksin olunma ilə bağlı qərar verilsin” – Adil Qeybullabackend

“6 aydan bir vaksin olunma ilə bağlı qərar verilsin” – Adil Qeybulla

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin rejiminin uzadılması gözlənilən addım idi. Bir tərəfdən epidemioloji mənzərə bütün dünya üzrə pisləşib, digər tərəfdən isə hələlik xəstəliyin mənbəyi birmənalı olaraq təmaslardır. Dərslərin başlaması, qapalı auditoriyalarda saatlarla oturmaq təmasları artırdı.

bunu həkim-professor Adil Qeybulla COVID-19 virusu haqqında danışarkən deyib.

Onun sözlərinə görə, hazırda uşaqlar, gənclər arasında xəstəlik daha çox yayılıb:

“İstər şagirdlər, istərsə də tələbələr pandemiya davranışlarına əməl etməyə meyilli deyillər, çoxu maska taxmır. Digər tərəfdən isə delta ştammının submutasiyaları yayılmaqdadır. Bu mutasiyalar daha yoluxucu və xəstəliyin gedişinin fərqli olması ilə xarakterizə olunur. Gənclər arasında ölüm hallarının olması bizi daha çox narahat edir. Bu gün dünyanın aparıcı xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin proqnozları özünü doğrultmadı. Pandemiyadan azad olmaq şansı hələlik qalmaqdadır. Virus mutasiya etməkdə davam edir. Bununla bağlı şübhəli məqamlar da var, ara-sıra bu məsələlər gündəmə gəlir”.

Professor təklif edib ki, vətəndaşların 6 aydan bir vaksin olunması ilə bağlı qərar verilsin:

“Biz pandemiyanın gedişində hələlik vacib olan karantin davranışlarına ciddi əməl etməli, vaksinasiyanın intesivləşdirməliyik. Təəssüf ki, bəzi insanlar saxta vaksin passportu alıblar. Bu həm də təbliğatın zəif olmasına bağlıdır. İmmunitet sistemi formalaşmış şəxslərdə 6 ay sonra yenidən xəstələnmə halları qeydə alınır. Buna görə də dünya təcrübəsində üçüncü dozanın vurulması zərurəti bu fakta görə qəbul edilib. Peyvənd olunanların 6 aydan sonra təkrar peyvənd olunması tövsiyə olunandır. Vaksin olunan şəxslərdə immunitet zəncirinin yaranması ilə o şəxs ya yoluxmur, ya da yoluxdurmur. Biz bununla xəstələnmə sayını azalda bilirik. Tövsiyə edirəm ki, 6 ay əvvəl peyvənd olunan şəxslərin təkrar vaksin olunması ilə bağlı qərar verilsin”.

Adil Qeybulla əlavə edib ki, epidemioloji vəziyyət pisləşərsə, qapanmalara gedilə bilər: “Epidemioloji vəziyyət pisləşərsə, hər cür qadağanedici tədbirlər görülə bilər. Qərarlar qəbul olunmazdan əvvəl ayrı-ayrı ölkələrin də təcrübələri, daxili vəziyyət də nəzərə alınır. Bugünkü epidemioloji vəziyyət Operativ Qərargahın qəbul etdiyi indiki situasiyanı diqtə edir. Həmin rejim çərçivəsində istənilən qərarlar qəbul edilə bilər – iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırıla bilər, təhsil müəssisələri distant rejimə keçə bilər”. (Teleqraf.com)