Ev üçün robot dövrü BAŞLADI: Qiyməti cəmi 1400 dollar – VİDEObackend

Ev üçün robot dövrü BAŞLADI: Qiyməti cəmi 1400 dollar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində cəmi 1400 dollara başa gələn büdcəyə uyğun humanoid robot təqdim edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Pekində yerləşən Noetix Robotics şirkəti “Bumi” adlı yeni insanabənzər robotunu təqdim edib.

Cəmi 1400 dollara satılacaq bu modelin robot sənayesində inqilab yaratması gözlənilir. Bu qiymət sayəsində robotlar təkcə şirkətlər üçün deyil, fərdi istifadəçilər üçün də əlçatan olacaq.

Müqayisə üçün, Çin istehsalı əvvəlki modellər – məsələn, Unitree R1 – təxminən 6000 dollara başa gəlirdi.

Yeni Bumi robotu sadə tapşırıqları yerinə yetirə, həm məişətdə, həm də tədrisdə insanlara kömək edə bilir.

Xuraman Etibarlı

İnterpress.az