İşığın hərəkəti ilk dəfə ÇƏKİLDİ: Mühəndis saniyədə 2 MİLYARD kadr çəkən kamera YIĞDI – VİDEObackend

İşığın hərəkəti ilk dəfə ÇƏKİLDİ: Mühəndis saniyədə 2 MİLYARD kadr çəkən kamera YIĞDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı həvəskar saniyədə 2 milyard kadr çəkə bilən bir kamera hazırlayıb və işığın hərəkətini qeydə alıb.

İnterpress.az xəbər verir ki, amerikalı mühəndis Brayan Heydet saniyədə iki milyard kadr – sözün əsl mənasında işıq sürəti ilə çəkə bilən bir kamera hazırlayıb. O, bundan qarajdan keçən lazer şüasını lentə almaq üçün istifadə edib.

Brayan güclü lazer, güzgülər, linzalar və fotodetektordan ibarət kamera düzəldib.

Qurğu saniyədə 2 milyard kadr çəkərək hər təcrübədə bir piksel yazır və sonra məlumatları HD görüntüyə birləşdirir.

Bu yenilik sayəsində ilk dəfə işıq şüasının 300 min km/s sürətlə necə hərəkət etdiyini görmək mümkün olub.

Xuraman Etibarlı

İnterpress.az