ABŞ ordusu Qəzza üzərində kəşfiyyat dronları buraxır – “The New York Times”backend

ABŞ ordusu Qəzza üzərində kəşfiyyat dronları buraxır – “The New York Times”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusu Qəzzada kəşfiyyat dronları buraxıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr yazır ki, ABŞ Qəzza sektorunun üzərində kəşfiyyat dronlarından istifadə etməyə başlayıb.

ABŞ və İsrail rəsmi şəxslərinə istinadən xəbər verilir ki, əməliyyatın məqsədi həm İsrailin, həm də HƏMAS-ın “qırılgan” atəşkəs şərtlərinə riayət edib-etmədiyini yoxlamaqdır.

Bildirilib ki, dronların idarə olunması və uçuş marşrutları Kiryat Qatda yaradılmış Amerika komandanlığı tərəfindən həyata keçirilir.

Xuraman Etibarlı

İnterpress.az