ABŞ nüvə təyyarədaşıyıcısı “Gerald Ford”u Venesuelaya GÖNDƏRDİbackend

ABŞ nüvə təyyarədaşıyıcısı “Gerald Ford”u Venesuelaya GÖNDƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin nüvə təyyarədaşıyan gəmisi “Gerald Ford” Venesuelaya göndərilib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

ABŞ-nin nüvə ilə işləyən təyyarədaşıyıcısı Gerald R. Ford Venesuela istiqamətinə yola salınıb.

Təyyarədaşıyan gəmini kreyser, beş esmines və 90 təyyarə müşayiət edir.

ABŞ Hərbi Nazirliyinin məlumatına görə, gəmi və onun zərbə qrupu əsasən “narkotik trafiki ilə mübarizə” aparacaq.

“Gerald Ford” dünyanın ən böyük təyyarədaşıyıcısı və tarixi rekord qıran suötürmə qabiliyyətinə malik gəmi hesab olunur.

Qeyd edək ki, bəzi Qərb KİV-ləri əvvəlcə yazmışdı ki, ABŞ prezidenti yalnız “Maduronun meyiti onun əlinə keçəndə” razı qalacaq.

Xuraman Etibarlı

İnterpress.az