Kazanda naməlum şəxslər konvoya hücum edərək məhbusu AZAD ETDİbackend

Kazanda naməlum şəxslər konvoya hücum edərək məhbusu AZAD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kazanda naməlum şəxslər karvana hücum edərək bir məhbusu azad ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Kazan şəhərində naməlum şəxslər konvoya hücum edərək bir məhbusu azad ediblər.

Hadisə Qvardeyskaya küçəsində baş verib. Qara Kia Rio avtomobilindən düşən hücumçular konvoy əməkdaşlarını döyərək, nəzarət altında olan həbsxananın məhbusunu çıxarıblar.

Avtomobil dərhal hadisə yerindən uzaqlaşıb və hazırda polis şəhəri yoxlayır.

Yenilənmiş məlumata görə, konvoy Federal Penitensiar Xidmətə deyil, hərbi komendantlığa məxsusdur.

Xuraman Etibarlı

İnterpress.az