Almaniya dövlət liderləri deportasiya və dron nəzarətini əhatə edən sərt təhlükəsizlik planı qəbul ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Almaniyanın 16 federal əyalətinin rəhbərləri Mainsdə təhlükəsizliyi gücləndirmək üçün 8 maddədən ibarət sərt plan qəbul edib.
Təşəbbüs Hessenin baş naziri Boris Rayndən gəlib və bütün partiyaların dəstəyi ilə təsdiqlənib.
Plan təhlükəli miqrantların ömürlük həbsini, Əfqanıstan və Suriyaya deportasiyaların bərpasını, cinsi cinayətlər törətmiş şəxslər üçün elektron qolbaqların tətbiqini, AI və video nəzarət vasitələrindən istifadəni və dronlardan müdafiəni nəzərdə tutur.
Boris Rayn bildirib: “Təhlükəsizlik vətəndaşların dövlətə etimadının təməlidir. Yeni təhdidlərə maksimum sərtlik və yeni texnologiyalarla qarşı dururuq.”
Xuraman Etibarlı
İnterpress.az






