ABŞ-də ukraynalı qadının qatilini ölüm cəzası gözləyir – NBC Newsbackend

ABŞ-də ukraynalı qadının qatilini ölüm cəzası gözləyir – NBC News

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da ukraynalı qadının qatilinə ölüm cəzası verilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Nəşrin məlumatına görə, federal böyük münsiflər heyəti DeKarlos Braunu 23 yaşlı qadının qəsdən öldürülməsində ittiham edib.

Bu, 34 yaşlı kişinin ölüm cəzası ilə üzləşməsinə imkan verir.

İstintaq materiallarına əsasən, Braun psixi problemlərdən əziyyət çəkib və cinayətdən əvvəl “səslər eşitdiyini” bildirib, lakin heç bir müalicə almayıb.

Zərərçəkənin ailəsinin vəkili Loren Nyuton deyib ki, yaxınları ittiham aktının təqdim edilməsindən məmnundurlar və ədalətin bərpasını gözləyirlər.

Xuraman Etibarlı

İnterpress.az

.