Rusiyada satanizm ittihamı ilə evli cütlüyü öldürüb YANDIRDILAR – FOTObackend

Rusiyada satanizm ittihamı ilə evli cütlüyü öldürüb YANDIRDILAR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada naməlum şəxslər satanizmdə şübhəli bilinən evli cütlüyü öldürüb yandırıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Podmoskovye əyalətində naməlum şəxslər 52 yaşlı qadın və 51 yaşlı ərini qətlə yetirib və evlərini yandırıblar.

Qadın bıçaq xəsarətlərindən ölüb, ər isə tüstüdən boğularaq dünyasını dəyişib.

Yandırılan kottecdə ritual bıçaqlar, gizli ədəbiyyat, “şeytani ulduzlar” və digər ezoterik əşyalar tapılıb.

Cütlük kənd sakinləri tərəfindən sevilmirdi. Polis hadisəni törədənləri axtarır.

Xuraman Etibarlı

İnterpress.az