Dağıstaının Kizilyurt rayonunda kişi hamilə arvadını qısqanclıq zəminində öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Kizilyurt rayonunun Stalskoye kəndində kişi hamilə arvadını qısqanclıq səbəbindən asaraq öldürüb.
Qadın həmin vaxt valideynlərinin evində olub, onların işdə olduğu vaxt ər evə gəlib. Cütlüyün bir yaşlı övladı var.
Məlumatlara görə, kişi narkotik vasitələrin təsiri altında olub. Hadisə barədə ilkin məlumat qonşulardan əldə edilib.

Xuraman Etibarlı
İnterpress.az






