Müəllimdən RƏZİL HƏRƏKƏT: Şagirdin döyülməsini özü təşkil edib və telefona ÇƏKİB – VİDEObackend

Müəllimdən RƏZİL HƏRƏKƏT: Şagirdin döyülməsini özü təşkil edib və telefona ÇƏKİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olub ki, Dağıstanda müəllim şagirdin döyülməsini təşkil edib və döyülməni telefonuna çəkib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Dağıstanın Qagatli kəndində iki 15 yaşlı şagird arasında baş verən dava sonrasında, yeni işə başlamış 27 yaşlı müəllim müdaxilə edib. O, şagirdlərin birinin böyük qardaşı ilə birlikdə digər gənci kənddən çıxararaq döyüşdürüb.

Müəllim bütün hadisəni telefonla çəkib və döyüş zamanı qardaşa zərbələrin necə vurulacağını göstəriş verib. Hadisədən sonra müəllim işdən çıxarılıb və video sosial şəbəkələrdə yayılıb.

“Hazırda həm müəllim, həm də şagirdi döyən şəxs gizlənir, polis onları tutmaq üçün tədbirlər görür”. – Dağıstan Respublikası Daxili İşlər Nazirliyi məlumat verib.

Xuraman Etibarlı

İnterpress.az