Nikola Sarkozi həbsxanada BABA OLDU – Körpəyə onun adı VERİLDİbackend

Nikola Sarkozi həbsxanada BABA OLDU – Körpəyə onun adı VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikola Sarkozi həbsxanada baba olub, körpəyə onun adı verilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Fransanın sabiq prezidenti Nikola Sarkozi Parisdəki La Santé həbsxanasında cəza çəkərkən baba olub.

Nəşr yazır ki, siyasətçinin 28 yaşlı oğlu Lui və həyat yoldaşı Natali oğlan övladı dünyaya gətiriblər. Körpəyə Silla Nikola adı verilib – ikinci ad babasının şərəfinə seçilib.

Lui Sarkozi sosial şəbəkədə “Biz oğlumuz Silla Nikolanı təqdim etməkdən qürur duyuruq. O, güclü və müdrik böyüsün”, yazıb.

Nikola Sarkozi hazırda korrupsiya və qanunsuz seçki kampaniyası maliyyələşdirməsi ittihamı ilə 5 illik həbs cəzası çəkir.

69 yaşlı sabiq prezidentin artıq üç nəvəsi var.

Xuraman Etibarlı

İnterpress.az