6 və 3 yaşlı iki qardaş avtomobil idarə edərkən qəza törədibbackend

6 və 3 yaşlı iki qardaş avtomobil idarə edərkən qəza törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malayziyanın Lanqkavi adasında 6 və 3 yaşlı iki qardaş oyuncaq maşın almaq üçün valideynlərinin avtomobilini sürdükdən sonra işıq dirəyinə çırpılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

6 və 3 yaşlı iki qardaş çərşənbə günü axşam saatlarında valideynlərinin avtomobili ilə Malayziyanın Lanqkavi adasını gəziblər.

Sükan idarəetməsini itirərək işıq dirəyinə çırpılan qardaşlar yerli polis tərəfindən yaxalanıb.

Məlum olub ki, qardaşların gecə saatlarında gəzintiyə çıxmasının səbəbi yeni oyuncaq maşın almaq olub.

Langkawi polis rəisi Shariman Ashari bildirib ki, onlara gümüş rəngli Toyota Vios avtomobili ilə bağlı sürücünün “sərxoş” ola biləcəyinə dair şikayətlər daxil olub.

O, uşaqların anası hamamda, atası isə yatarkən evdən gizlicə çıxıb maşına mindiklərini deyib.

Şəriman əlavə edib ki, onlar avtomobilin kapotunun zədələndiyi qəzadan əvvəl təxminən 2,5 kilometr yol gediblər.

Uşaqlar qəzadan ciddi xəsarət almadan xilas olublar.