Məşhur aktyor vəfat edibbackend

Məşhur aktyor vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kinematoqrafçılar İttifaqının saytında məlumat yerləşdirilib.

“Rusiyanın görkəmli aktyoru Aleksey Petrenko 22 fevral 2017-ci il tarixində qəflətən dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.

Sovet və Rusiyanın teatr və kino aktyoru Aleksey Petrenko 26 mart 1938-ci ildə Çerniqov vilayətinin Çemer kəndində dünyaya gəlib.

Onun kinoda debütü 1967-ci ildə “Günəş və yağış günü” filmində olub. Artist 80-dən çox filmdə, o cümlədən “Amansız romans”, “İf qəsrinin dustağı”, “Aqoniya”, “Məni döşəmənin altında basdırın”, “Müharibəsiz 20 gün” kimi filmlərdə rol alıb.

İnterpress.az