İraq ordusu Mosulun hava limanına hücum etdibackend

İraq ordusu Mosulun hava limanına hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Mosulun qərbini terrorçulardan təmizləmək üçün Mosul hava limanına və hərbi bazaya hücuma keçib.

Bu barədə \”Reuters\” agentliyi məlumat yayıb. İraq dövlət televiziyasından verilən açıqlamaya əsasən, Mosul hava limanı və Əl-Qazlani hərbi düşərgəyə hücum təşkil edilib.

Qeyd edək ki, ötən ay İŞİD terrorçuları Mosul hava limanı və ətrafdakı hərbi bazanın əsas mərkəz olduğunu bildirmişdi.

İnterpress.az