AzNews.az “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, belə bir açıqlama ilə Suriya ordusunun rəsmi nümayəndəsi Usama Abu Zeyd çıxış edib. Onun sözlərinə görə, İŞİD-lə Suriya ordusu arasında davam edən qızğın döyüşlərdən sonra şəhəri işğaldan azad etmək mümkün olub.
Əl-Bab İŞİD-in Suriyadakı başlıca dayaq nöqtələrindən biri olub. Türkiyə Silahlı Qüvvələri şəhəri işğaldan azad etmək üçün son 2 ay ərzində İraq ordusu ilə qüvvələrini birləşdirib.
İnterpress.az