\”Xocalı soyqırımı nəticəsində 63 uşağın, 106 qadının öldüyünü deyirik. Mən bu rəqəmlərə inanmıram. İtkilərimiz daha çox olub. Biz bu rəqəmlərə yenidən qayıtmalıyıq. Çünki o vaxt bu işin qeydiyyatını aparmaq üçün elə də geniş imkan olmayıb\”.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova \”Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar\” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Xocalı faciəsinin dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətləri var.
İnterpress.az