Vitse-spikerdən Xanlarovaya cavabbackend

Vitse-spikerdən Xanlarovaya cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker müharibə barədə qərarın yalnız Ali Baş Komandan tərəfindən verilə biləcəyini deyib: \”Biz müxtəlif məsələlər barədə danışa bilərik. Ancaq siyasətçinin işi siyasətdir, hərbçinin işi isə hərbdir. Bu barədə qərar vermək Ali Baş Komandanın işidir. Ali Baş Komandan buna əmin olduğu zaman qərar verir. Azərbaycan Prezidenti Mühnen təhlükəsizlik konfransında da öz qəti mövqeyini ortaya qoydu, dünyanın bir neçə dəfə kabinetlərdə bölüşdürüldüyü faktı açıqca söylədi və nə qədər qətiyyətli lider olduğunu göstərdi. Prezident sülh danışıqları ilə yanaşı ölkəmizi hərbə, torpaqları hərbi yolla azad etməyə də hazırlayır. Ona görə də bədgüman olmayaq. Xocalı soyqırımı barədə və digər qırğınlar barədə həm ölkə daxilində, həm də ölkə xaricində danışmalıyıq. Əks halda ayrı-ayrı dövlətlər Xocalı soyqırımını tanımazdı. Biz öz toraqlarımıza qayıtdıqdan sonra da bunları danışacağıq, çünki ermənilərin bu vəhşi obrazını unutmağa imkan verməyəcəyik”.

İnterpress.az