İnterpress.az xəbər verir ki, İraq ordusu Mosulun qərbində yerləşən birinci rayona hücum edib. Bu barədə ölkənin anti-terror xidmətinin nümayəndəsi bəyanat verib.
General-leytenant Sami əl-Aridxi bildirib ki, İraq ordusu terrorçuların əlində olan hərbi bazanı və Mosulun cənubi-qərbində yerləşən bir kəndi azad ediblər. Ordu birləşməlir artıq yaşayış olan kvartala daxil olublar.
Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında başlayan hərbi əməliyyatlar nəticəsində Mosulun şərq hissəsi İŞİD terrorçularından təmizlənib. Qərb hissəsi isə hələ də terrorçuların nəzarəti altındadır.
İnterpress.az