Bill Geyts gələcəyin böyük təhlükəsini açıqladıbackend

Bill Geyts gələcəyin böyük təhlükəsini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı, Microsoftun banisi və sahibi Bill Geyts gələcəyin böyük təhlükəsini açıqlayıb. Qeyd edib ki, o gələcək çox da uzaqda deyil, əmin olun.

Münhen Təhlükəsizlik Konfransından danışan və \”bio-terror\” təhlükəsinə diqqət çəkən Geyts geni dəyişdirilmiş tək bir virusla milyonlarla insanın öldürülməsinin mümkün olduğunu vurğulayıb.

Bio-terror təhlükəsinin nüvə müharibəsindən daha ciddi bir təhdid olduğunu söyləyən Geyts \”Yoluxucu xəstəliklər çox sürətlə yayıla bilir. Qəsdən yoluxucu xəstəliklər yaradıla bilər.
Nüvə silahları 100 milyon nəfəri öldürdükdən sonra dayana bilər. Amma, məsələn, çiçək virusu dayanmır. Çünki əhali bu məsələdə çox təcrübəsizdir və gerçək bir hazırlığı yoxdur\” deyib.

Yoluxucu xəstəlik daşıyan virusların bir dəfə yayıldığı zaman çox böyük itkilərə yol açacağını bildirən Geyts bu məsələdə irəliləyişlərin də ağıllara durğunluq verən sürətdə olduğunu söyləyib. Və bildirib ki, dövlətlərin bio-terror mənbəli epidemiyalara qarşı hazırlıqlı olması lazımdır.

İnterpress.az