İnterpress.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 490-cı kilometrliyində, Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb.
Şəmkir rayonu Keçili kənd sakini, 1986-cı il təvəllüdlü Ələkbərov Elsevər Rövşən oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarına aşırıb.
Nəticədə sürücü və sərnişini, xalası oğlu, 1996-cı il təvəllüdlü Əjdərli Ülfət Yaqub oğlu müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
İnterpress.az