İnterpress.az xəbər verir ki, bannerdə Azərbaycanın üçrəngli bayrağı fonunda “Ana harayı” heykəlinin eskizi yer alıb.
Belə bir aksiyanın həyata keçirilməsinin məqsədi Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb.
İnterpress.az