Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, La Liqanın 24-cü turunda keçirilən \”Vilyarreal\”la oyunda baş verib. Portuqaliyalı hücumçu bu qarşılaşmada ölkə çempionatında penaltidən 57-ci qolunu vurub.
Bununla da o, bu göstəricidə Huqo Sançesi (56 qol) geridə qoyaraq ilk pilləyə yüksəlib.
Qeyd edək ki, 2009-cü ildən \”Real\”da çıxış edən K.Ronaldo La Liqada 64 penaltidən 57-sini dəqiq yerinə yetirib.
İnterpress.az