Bərdə sakininin evində avtomat silah, 17 qumbara aşkarlanıbbackend

Bərdə sakininin evində avtomat silah, 17 qumbara aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində B. Nərimanov saxlanılıb.

Onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan \”AK-47\” markalı avtomat silah, 17 ədəd qumbara, 790 ədəd müxtəlif çaplı patron, 6 ədəd alışdırıcı və 5 ədəd patron darağı aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində silah-sursatı bir neçə il bundan əvvəl tapdığını və evində gizlətdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bərdə sakininin evində avtomat silah, 17 qumbara aşkarlanıb

Bərdə sakininin evində avtomat silah, 17 qumbara aşkarlanıb

İnterpress.az